Papanın çarmıxı 21 yaşlı gənci öldürdü - FOTO

11:23 | 25.04.2014
Papanın çarmıxı 21 yaşlı gənci öldürdü - FOTO

Papanın çarmıxı 21 yaşlı gənci öldürdü - FOTO

İtaliyada bir gənc bədbəxt hadisənin qurbanı olub.ANS PRESS-in xəbərinə görə, sabiq Roma papası II İohan Pavelin şərəfinə ucaldılan heykəl İtaliyada 21 yaşlı gəncin ölümünə səbəb olub. Belə ki, İtaliyanın Breska əyalətində papanın şərəfinə ucaldılmış heykəlin bir parçası olan çarmıx qoparaq yaxınlıqda dayanan gəncin üzərinə düşüb. Sabiq Roma Papasının 1998-ci ildə Breskaya səfəri zamanı təqdim edilən xaç görünüşlü heykəlin hündürlüyü 30 metr, yuxarı hissəsində olan çarmıx isə 600 kiloqram çəkiyə malikdir.Dünyasını dəyişən italyan gəncin adının Marko Qusmini olduğu və polisin polad bağlarla bərkidilmiş olan çarmıxın qopma səbəbini araşdırdığı deyilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb