Parisdə törədilən terror aktının yeni detalları məlum oldu

12:28 | 22.03.2016
Parisdə törədilən terror aktının yeni detalları məlum oldu

Parisdə törədilən terror aktının yeni detalları məlum oldu

Belçikalı müstəntiqlər DNT analizi nəticəsində  Paris teraktının əsas fiqurantlarından olan Salah Əbdislamla əlbir olmuş digər terrorçunun kimliyini müəyyən edib.
 
ANS PRESS-in məlumatına görə, 24 yaşında olduğu deyilən Nəcim Laçroi  13 noyabr hücumlarından sonra qaçaq düşüb.  Rəsmi bəyanata görə,  o saxta şəxsiyyət vəsiqəsindən istifadə edib və DNT- izləri  İŞİD-çilərin qaldığı evlərdə aşkarlanıb.  Onun həmkarı Salah Əbdislam cümə günü Belçika və Fransa təhlükəsizlik qüvvələrinin reydi zamanı yaralı vəziyyətdə ələ keçirilib. 

Terrorçu ən son anda fikrini dəyişib
Hazırda Belçikalı müstəntiqlərin suallarını cavablandıran və istintaqa vasitəçilik etməyə razılaşan şübhəlinin Fransaya ekstradisiya olunacağı gözlənilir. Müstəntiqlər Paris teraktı ilə bağlı araşdırmanı  "çətin bir pazlla müqayisə edərək, "tam şəkilin” yığılması üçün hələ çox işlərin görülməli olduğunu bildirir.  

Belçika prokuroru Frederik Van Lyunun sözlərinə görə, istintaqa məlum olub ki,  Sufian Kayalın əsl adı Nəcim Laçroi  olub, o 18 may 1991 ci ildə doğulub  və Suriyaya  2013-cü ilin fevral ayında yollanıb. "İstintaq hələ başa çatmayıb, Paris dövlət prokurorunun bəyanatı ilə artıq tanış olmuşuq, terror aktında əli olan digər şəxslər aşkarlanmalıdır”.

Prokurora görə, Əbdislam hələ ötən ilin sentyabr ayında 2 həmkarı o cümlədən  Laçroi ilə icarəyə götürülmüş maşınla  iki dəfə Macarıstanın paytaxtı Budapeştə səfər edib.  Səyahət zamanı olnlar saxta Belçika  şəxsiyyət vəsiqələrindən istifadə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb