Parlamentdə vəzifələrini itirənlər... - SİYAHI

19:39 | 10.03.2020
Parlamentdə vəzifələrini itirənlər... - SİYAHI

Parlamentdə vəzifələrini itirənlər... - SİYAHI

VI çağırış Milli Məclisin rəhbərliyində bir sıra dəyişikliklər olub.

Keçmiş Sədr Oqtay Əsədov deputat seçilsə də, bu gündən etibarən parlamentin spiker vəzifəsini icra etməyəcək (Spikerlik kürsüsündə artıq Sahibə Qafarova əyləşəcək).

Eyni zamanda Ziyafət Əsgərov Milli Məclis sədrinin I müavini postunu itirib. O yalnız parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri vəzifəsində qalacaq.

Bahar Muradova həm sədrin müavini, həm də İnsan hüquqları komitəsinin sədri vəzifəsini itirib. Valeh Ələsgərov da sədr müavini və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri olaraq builki siyahıda yer almayıb. Hər iki şəxs deputatlığa namizədlər siyahısında da yer almamışdı (Spikerin I müavini Əli Hüseynli, müavinlər isə Adil Əliyev və Fəzail İbrahimlidir)

Bundan başqa, Ziyad Səmədzadə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə sədrlik edə bilməyəcək, yalnız deputat kimi fəaliyyətini davam edtirəcək. Bu sözlər Aqiyə Naxçıvanlı, Ülvi Quliyev, İsa Həbibbəyli və Rafael Hüseynova da aiddir.

Deputat Eldar İbrahimov da Aqrar siyasət komitəsinə sədrlik vəzifəsini itirib.

Hadi Rəcəbli və Arif Rəhimzadə, ümumiyyətlə, deputat seçilməyiblər. H.Rəcəblinin seçildiyi dairənin nəticələri ləğv olunub, A.Rəhimzadənin isə namizədliyi irəli sürülməyib. (Report)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti