Parolsuz avtorizasiya sistemi yaradıldı

19:40 | 16.09.2016
Parolsuz avtorizasiya sistemi yaradıldı

Parolsuz avtorizasiya sistemi yaradıldı

ABŞ-ın "UnifyID” startapı yeni məhsul təqdim edib. İKT.lent.az-ın "infox.ru” saytına istinadən xəbərinə görə, söhbət parolsuz avtorizasiya sistemindən gedir.

Avtorizasiya üsullarından biri kimi parol artıq çoxdan istifadəçini müdaxilədən qorumaq gücündə deyil, ona görə də yeni sistem istifadəçinin istifadə etdiyi qurğular, olduğu yerlər və biometrik parametrlər haqda məlumatları təhlil edir. Bu üsulla kənar qurğudan və ya qeyri-tipik yerdən sistemə girişi aradan qaldırmaq olar.

Platforma biometrik parametrlərin köməyi ilə sistemə daxil olmağa imkan verir. Söhbət barmaq izi və gözün qüzehli qişasının skan edilməsindən getmir. Sistem istifadəçini onun yerişi, ürək ritmi, klaviaturada düymələrə sıxma sürəti və tərzindən tanıyır.

"UnifyID” şirkətinin direktoru Con Ueyli barmaq izinin köməyi ilə eyniləşdirmə üsulunu "qıcıqlandırıcı" və hakerlər üçün sadə maneə hesab edir. Parollara müdaxilə, həmçinin asandır. Müasir eyniləşdirmə sistemi məxfi informasiyaya əsaslanır və istifadəçi sistemə daxil olduqda hər dəfə onu paylaşır, halbuki "UnifyID” avtorizasiya üsulu bu anı tamamilə istisna edir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb