Partiya sədri canlı yayımda ayaqqabısını çıxardıb əlinə aldı - Azərbaycanda

14:25 | 12.03.2019
Partiya sədri canlı yayımda ayaqqabısını çıxardıb əlinə aldı - Azərbaycanda

Partiya sədri canlı yayımda ayaqqabısını çıxardıb əlinə aldı - Azərbaycanda

Müasir Müsavat Partiyasının sədri "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda maddi durumunun aşağı vəziyyətdə olduğunu bildirib.

Partiya sədri canlı yayımda ayaqqabısını çıxardaraq ona müxalif mətbuatı maliyyələşdirdirdiyi ilə bağlı sual ünvanlayan tamaşaçıya ünvanlıb:

"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".

H.Hacıyevin ayaqqabısını göstərməsindən sonra bir neçə tamaşaçı partiya sədrinə ayaqqabı almaq təklifi edib. Partiya sədri isə öz növbəsində həmin şəxslərə müraciət edib:

"Partiyamız Azadlıq prospektində yerləşir. Buyursunlar, ora gətirsinlər".

mənbə: olke.az
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb