Paşinyan Azərbaycanı təhdid etdi

12:08 | 30.04.2018
Paşinyan Azərbaycanı təhdid etdi

Paşinyan Azərbaycanı təhdid etdi

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda Azərbaycanı konstruktiv yola qayıtmağa məcbur etmək lazımdır.

Anews.az-ın "Sputnik Azərbaycan”a istinadən məlumatına görə, o, bu barədə parlamentdə jurnalistlərə açıqlamasında bəyan edib.

"Azərbaycan qeyri-konstruktiv və təcavüz siyasəti yeridir. Bizim əsas hədəfimiz ordunu gücləndirmək və döyüş hazırlığını artıqmaqdır”, - deyə o bildirib

Paşinyanın sözlərinə görə, Ermənistanın təhlükəsizliyi əsas məsələdir:

"Hamıya aydındır ki, son hadisələr ordu və xalqın döyüş ruhunu artırdı. Biz Qarabağı dəstəkləyirik və əgər mən baş nazir seçilsəm, ilk olaraq operativ vəziyyətlə tanış olacam”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM