Dünən Moskvada iş adamları ilə görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan elə səhvə yol verdi ki, yaxın saatlarda məsələyə aydınlıq gətirilməlidir.
Ü.Cəfərovun sözlərinə görə, bu, işğalçı dövlətin ən kobud və demək olar ki, düzəlməsi mümkün olmayan səhvidir:
"ATƏT-in Minsk qrupu və rəsmi Moskva
Ermənistanın bu aşkar təxribatının qarşısını dərhal almalı idilər. Əgər
indiyə kimi bunu etməyiblərsə, belə düşünmək olar ki, bu kobud ideya ona
kənardan ötürülüb”, - ekspert deyib.
"Ermənistan bütün hüdudları aşdı və buna
görə cavab verməlidir. Bu, Azərbaycanın bütövlüyü və suverenliyinin
kobud şəkildə pozulması, milli maraqlarımıza qarşı etinasızlıqdır.
Üzdəniraq Dağlıq Qarabağ Respublikası –
qondarma qurumdur və düşünürəm ki, tezliklə separatçılar beynəlxalq
qanunlar qarşısında cavab verəcəklər”, - ekspert deyib.
Ü.Cəfərov əlavə edib ki, "bu həyasız (Paşinyan – red.) bir az da irəli gedərək hansısa güzəştlərdən söz açıb”.
"Bu onun çin olmayacaq yuxusudur ki,
gələcəkdə işğal olunmuş Azərbaycan torpaqları Ermənistan ərazisinin bir
hissəsinə çevriləcək. Onun sələfləri də bunu arzulayıblar, lakin onlar
bəyanatlarda ehtiyatlı idilər, çünki nə ilə nəticələnəcəyini
anlayırdılar. Bu küçə uşağı isə Putinlə görüşdən sonra belə axmaq
bəyanat verib.
Hesab edirəm ki, ATƏT-in Minsk qrupu
səlahiyyətlərindən imtina etməlidir ya da Paşinyana yerini
göstərməlidir. Moskva isə bəyanatla çıxış edərək bunun səhv olduğunu və
mövqeyinin dəyişmədiyini bildirməlidir. Hər şey beynəlxalq hüquq
çərçivəsində olmalıdır”, - hərbi ekspert fikirlərini tamamlayıb.
Ukraynadan baxış
"Xüsusən də Moskvada olarkən o, müstəqil
hərəkət edə bilməzdi. Buna görə də, onun nə dediyi yox, harada və nə
zaman deməsi daha vacibdir.
Xatırladaq ki, Moskvada olarkən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, gələcəkdə tanınmamış "Dağlıq Qarabağ Respublikası” Ermənistan ərazisinin tam hüquqlu tərkib hissəsi olmalıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !