Paşinyanın Rusiyada Qarabağ açıqlaması nəyi göstərdi?

11:46 | 09.09.2018
Paşinyanın Rusiyada Qarabağ açıqlaması nəyi göstərdi?

Paşinyanın Rusiyada Qarabağ açıqlaması nəyi göstərdi?

Nikol Paşinyanın Dağlıq Qarabağ və Azərbaycanla bağlı səsləndirdiyi fikirlər bir daha onu göstərdi ki, Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həllinin tərəfdarı deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya səfəri çərçivəsində erməni iş adamları ilə görüşündə səsləndirdiyi fikirləri şərh edən politoloq Ehtiram Aşırlı deyib. O bildirib ki, N.Paşinyanın "Qarabağı Ermənistanın bir hissəsi kimi təsəvvür edirəm" şəklində açıqlama verməsi təkcə siyasi səhv deyil, eyni zamanda Ermənistanın işğalçı siyasətinin davamıdır:

"Böyük ehtimal ki, işğalçı ölkənin baş naziri bu yolla erməni iş adamlarının maliyyə dəstəyini almağa çalışır. Ölkəsinin iqtisadi vəziyyətinin bərbad durumda olduğunu görən Nikol Paşinyanın Rusiyada maliyyə arayışlarına girdiyini söyləyə bilərik. Onun sözlərinə görə, qarşılıqlı güzəştlərdən danışmaq Ermənistanın tərəfində zəiflik olacaq, çünki Azərbaycan Qarabağ və Ermənistana qarşı təhlükə yaradır”.

Nikol Paşinyanın "Zinuj" proqramına eksklüziv müsahibəsinə diqqət çəkən politoloq onun Qarabağla bağlı təhdid xarakterli açıqlamasının daxili auditoriyaya ünvanlandığını da bildirib:

"Görünür, qarşıdan gələn növbədənkənar seçkilər ərəfəsində Paşinyan Qarabağ klanının ona qarşı istifadə edə biləcəyi təbliğatı önləmək üçün bu cür açıqlamalar verir. Ancaq bu aqressiya Ermənistanın siyasi və iqtisadi gələcəyi üçün yaxşı heç nə vəd etmir. Qarabağ problemi həll edilmədən Ermənistanın avrointeqrasiyası və iqtisadiyyatının düşdüyü uçurumdan xilası mümkün deyil. Belə görünür ki, Paşinyan kütləni arxasınca aparmır, ölkənin problemlərinin həllinə çalışmır, əksinə, kütlənin arxasınca getməyə meyillidir. Bu isə Ermənistanı daha ağır duruma salacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb