Taksi duracaqları dəyişdirilir

16:00 | 11.05.2017
Taksi duracaqları dəyişdirilir

Taksi duracaqları dəyişdirilir

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın nəqliyyat sisteminin, o cümlədən taksi xidmətinin modernləşdirilməsi, bu sahədə göstərilən xidmətlərin şəhərin müasir simasına uyğunlaşdırılması işləri çərçivəsində daha bir yeniliyə imza atıb.
 
BNA-dan "APA-Economics”ə verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin pasportlaşdırdığı 79 taksi duracağının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb.
 
"Hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun formada dizayn edilərək xətlənmə və nişanlanma işləri aparılır. Taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədi ilə, duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb”, - deyə məlumatda qeyd olunub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb