Patriarx Kirilin açıqlaması Ermənistanda narazılıqla qarşılanıb

22:05 | 14.01.2016
Patriarx Kirilin açıqlaması Ermənistanda narazılıqla qarşılanıb

Patriarx Kirilin açıqlaması Ermənistanda narazılıqla qarşılanıb

"Rusiya patriarxı Kirilin açıqlaması çox uğursuz olub”.

APA-nın "armenianreport.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib.
 
"Bəli, patriarxın açıqlamasından sonra onların mətbuat xidməti məsələyə aydınlıq gətirərək həmin fikirlərin "erməni soyqırımı”na aid olmadığını dedi. Lakin hesab edirəm ki, istənilən halda bu açıqlama olduqca uğursuz alınıb”, - deyə o qeyd edib.
 
Xatırladaq ki, "Rossiya 1” telekanalına müsahibəsində bütün Rusiyanın patriarxı Kiril Osmanlı imperiyasında yaşayan xristian azlıqların məhv edilmədiyini deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb