Paytaxtda qum qasırğası: 3 nəfər ölüb

23:50 | 02.06.2014
Paytaxtda qum qasırğası: 3 nəfər ölüb

Paytaxtda qum qasırğası: 3 nəfər ölüb

Tehranda qum qasırğası nəticəsində 3 nəfər ölüb.

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, İranın paytaxtında küləyin sürəti saatda 120 km çatıb.

 

Mənbə bildirib ki, güclü külək ağacları kökündən çıxararaq, havaya qaldırıb. Xəbərdə təbii fəlakət nəticəsində xəsarət alanların sayının onlarla olduğu da qeyd olunub.

 

 

İlkin məlumata əsasən, təqribən 50 min evə elektrik enerjisinin verilməsi dayandırılıb. Sakinlərin çoxu zirzəmilərə sığınmağa üstünlük verib.

 

Tehranın hava limanında beynəlxalq aviareyslər təxirə salınıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM