"Pegasus" Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır

12:16 | 24.02.2016

"Pegasus" Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır

 Türkiyənin aşağı büdcəli aviaşirkəti "Pegasus" mart ayından etibarən Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır.

"Report" xəbər verir ki, ilk uçuş martın 18-dən başlayacaq və həftədə 3 dəfə yerinə yetiriləcək.

Qəbələ-İstanbul reysi həftənin III,V və VI günləri həyata keçiriləcək. Bir istiqamət üzrə uçuş tarifi 49,99 avro təşkil edəcək.

İstanbuldan təyyarə saat 22:40-da havaya qalxacaq və 03:20-də Qəbələyə enəcək. Qəbələdən isə 04:20-də (yay mövsümündə 04:50) hava limanından uçacaq və 05:50 radələrində İstanbulda olacaq.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb