Pentaqon rəhbəri: "Rusiya Suriyada gedən müharibəni qızışdırır"

21:18 | 28.09.2016
Pentaqon rəhbəri:

Pentaqon rəhbəri: "Rusiya Suriyada gedən müharibəni qızışdırır"

ABŞ-ın müdafiə naziri Suriya problemi ilə bağlı yenidən Rusiyanı ittiham edib.

ANN.Az Ölkə.Az-a istinadən xəbər verir ki, Pentaqon rəhbəri Eşton Karter Rusiyanın Suriyada yürütdüyü siyasətin bu ölkədə sülhə nail olmağa mane olduğunu bildirib.

"Ruslar deyirdilər ki, Suriyaya terrorla mübarizə aparmaq üçün gəlirik və bu ölkədəki tarixi nüfuzumuzdan istifadə edərək vətəndaş müharibəsinin qarşısını almağa çalışacağıq. Amma bu gün biz tam tərsini müşahidə edirik", deyə Eşton Karter Suriya məsələsini şərh edərkən vurğulayıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb