Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

12:46 | 30.04.2024
Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

Banklar hərracda nə qədər dollar alıb? - Məbləğ

Azərbaycan Mərkəzi Bankı çərşənbə aşxamı valyuta hərracında 77,1 milyon ABŞ dolları satıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu məbləğ əvvəlki hərrac zamanı 75,4 milyon ABŞ dolları olub.

"Çərşənbə axşamı valyuta hərracı 77,1 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb",- mərkəzdən bildirilib.
 
2024-cü ilin birinci rübündə  Mərkəzi Bankın valyuta ehtiyatları 0,35% və ya 41,4 milyon dollar artıb.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində  xarici valyuta satıb.

Aytac Zeynalova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM