Pərviz Həşimli əfv ərizəsi yazdı

16:37 | 25.12.2014
Pərviz Həşimli əfv ərizəsi yazdı

Pərviz Həşimli əfv ərizəsi yazdı

 "Bizim Yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli əfv ərizəsi yazıb.

Pərviz Həşimlinin vəkili Bəhruz Bayramovun APA-ya verdiyi məlumata görə, P. Həşimli əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.
 
P. Həşimli Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
Həmin hökmlə razılaşmayan P. Həşimli Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
 
Lakin Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb