Peşəkar oğru ələ keçdi - Azərbaycanda

14:20 | 20.08.2014
Peşəkar oğru ələ keçdi - Azərbaycanda

Peşəkar oğru ələ keçdi - Azərbaycanda

Uzun müddət oğurluqla məşğul olan şəxsi Səbail polisi tutubAzərbaycanda uzun müddət oğurluqla məşğul olan şəxs saxlanılıb.Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fuad Hüseynov yaxalanıb.Müəyyən edilib ki, o, 2013-cü il dekabrın 28-də Badamdar küçəsində yaşayan Soltan Qəribova məxsus "VAZ-2106" markalı avtomobildən akkumulyator oğurlayıb. O, bu il aprelin 21-nə keçən gecə Qazolin küçəsində yerləşən Neft Qaz Texniki Xidmətlər Şirkətinin anbarından tikinti alətləri, avqustun 3-də Şıx çimərliyində Famil Məmmədovun, Sevindik Şirinovun pulunu, mobil telefonu, geyim əşyalarını götürüb.Bundan başqa, o, avqustun 9-da Salyan yolunda yaşayan Turqut Əhmədovun evindən mobil telefon, avqustun 13-də isə həmin ərazidə yerləşən kafedə Elvin Babayevin cibindən mobil telefonu oğurlayıb.Faktla bağlı araşdırma aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM