“Pfizer” peyvəndi vurulduqdan 2 saat sonra ölən şəxslə bağlı açıqlama verildi

23:59 | 15.01.2021
“Pfizer” peyvəndi vurulduqdan 2 saat sonra ölən şəxslə bağlı açıqlama verildi

“Pfizer” peyvəndi vurulduqdan 2 saat sonra ölən şəxslə bağlı açıqlama verildi

Fransada "Pfizer” peyvəndi vurulan bəzi şəxslərdə allergik reaksiyalar ortaya çıxıb.

Bu barədə Fransanın Milli Dərman Təhlükəsizlik agentliyi məlumat verib. Bildirilib ki, 4 peyvənddən istifadə edən 4 nəfərdə allergik reaksiyalar ortaya çıxıb. Qocalar evində həmin peyvənd vurulan bir şəxsin isə 2 saat sonra dünyasını dəyişdiyi bildirilib. Lakin həmin şəxsdə heç bir allergiya özünü biruzə verməyib. Araşdırmalar nəticəsində həmin şəxsin peyvənd səbəbilə ölmədiyi məlum olub. Ümumilikdə isə 30 nəfərdə yüngül mənfi reaksiyaların olduğu xəbər verilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb