Planşet-avtomobil ixtira olundu

13:30 | 12.08.2015
Planşet-avtomobil ixtira olundu

Planşet-avtomobil ixtira olundu

Yaponiyanın "Cocoa Motors” şirkəti çəkisi 2-3 kiloqram olan "şəxsi konveyer” hazırlayıb. Mühəndislər bu ilin payızında satışa çıxarılacaq yeni qurğunu təkərli "WalkCar ayped” adlandırırlar.

AZƏRTAC Rusiyanın vesti.ru saytına istinadla xəbər verir ki, görünüşü skeytbordu xatırladan WalkCar kiçik ölçüdə olsa da 120 kiloqrama tab gətirir və saatda 10 kilometr sürətlə hərəkət edir. Alüminiumdan hazırlanan qurğu litium batareyaları ilə hərəkətə gəlir. Eyni zamanda, batareyası üç saat müddətində doldurulduqdan sonra 12 kilometr yolu qət edə bilir.

Yeni innovasiyanı hazırlayan Kunaiko Sayto bildirib ki, alıcılarımız bundan yalnız nəqliyyat vasitəsi kimi yox, həm də ağır yükün daşınmasında istifadə edə biləcəklər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM