Polis II qrup əlili saxlayarkən döyüb? - Açıqlama

13:01 | 13.09.2021
Polis II qrup əlili saxlayarkən döyüb? - Açıqlama

Polis II qrup əlili saxlayarkən döyüb? - Açıqlama

Sosial şəbəkələrdə Gədəbəy rayon sakini, II qrup əlil Namiq Tağıyevin polis əməkdaşları tərəfindən saxlanılarkən döyüldüyü iddia olunan görüntülər yayılıb. Qeyd edilib ki, N.Tağıyev barəsində axtarış elan edilsə də, tutulma elan edilmədən Gədəbəy RPŞ-nın keçmiş əməkdaşı, polis mayoru Rövşən Hüseynov onu saxlamağa cəhd edib və bu zaman həmin şəxsə xəsarətlər yetirib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə 2020-ci ilin oktyabrın 29-da baş verib: "Həmin vaxt RPŞ-yə Cinayət Məcəlləsinin 322.1-ci (Özbaşınalıq) maddəsi ilə axtarışda olan Namiq Tağıyevin rayonun Plankənd kəndində olması barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə gələrək N.Tağıyevin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində qanunamüvafiq tədbirlər görüb. Lakin bu zaman axtarışda olan şəxs özünü yerə ataraq polis əməkdaşının qanunu tələblərinə tabe olmamaqla bərabər ona daşla müxtəlif xəsarətlər yetirib. Bütün bunlara baxmayaraq N. Tağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Rayon prokurorluğundan onun barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılaraq Gədəbəy rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N. Tağıyevə 4 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib”.

Fotoda: Eşqin Qasımov
 

 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM