Polis silah-sursat aşkarladı - BAKIDA

23:01 | 20.03.2018
Polis silah-sursat aşkarladı - BAKIDA

Polis silah-sursat aşkarladı - BAKIDA

Bakı şəhər sakinindən tapança götürülüb.
 
 
Apa.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məhəmməd Dəmirov saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş "Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilib.
 
 
Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
 
 
Bundan başqa martın 18-də Nərimanov rayonu ərazisindəki evlərdən birinin zirzəmisində təmir işləri aparan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nəriman Cəfərov silah-sursat tapması barədə 16-cı Polis Bölməsinə məlumat verib. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 1 ədəd avtomat silahı, 254 ədəd müxtəlif çaplı patron, 3 ədəd patron darağı aşkar edilərək götürülüb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM