Polisə tabe olmayan sürücü həbs edildi - Video

19:55 | 21.10.2021
Polisə tabe olmayan sürücü həbs edildi - Video

Polisə tabe olmayan sürücü həbs edildi - Video

Bakıda yol polisinə tabe olmayaraq yol-hərəkəti qaydalarını pozan 1996-cı il təvəllüdlü Bakı şəhər sakini Nihad Sadiqovla bağlı məhkəmə qərarı elan olunub.

"Qafqazinfo” xəbər verir ki, Səbail rayon məhkəməsinin qərarına əsasən, o, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi üzrə 20 sutka azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, N.Sadiqov Paytaxtın S.Vurğun Neftçilər prospekti boyunca, Azneft dairəsi istiqamətində dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Daha sonra Axundov parkının yaxınlığında saxlanılan N.Sadiqov yol polisi əməkdaşlarına tabesizlik göstərib və aydın olub ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi də olmayıb.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb