Polislə sürücü arasında insident - “Protokol yazsan, maşını yandıracam”

17:52 | 28.01.2018
Polislə sürücü arasında insident - “Protokol yazsan, maşını yandıracam”

Polislə sürücü arasında insident - “Protokol yazsan, maşını yandıracam”

Bakının mərkəzində yol-hərəkət qaydalarını pozan sürücü ilə polis arasında insident baş verib. 

 Lent.az xəbər verir ki, Hüseynov Afiq Eldar oğlu adlı sürücü "Mercedes” markalı  02 BL 348 dövlət qeydiyyat nişanlı avtomobillə Ü.Hacıbəyov küçəsi 44-ünvanın qarşısında dayanma qaydasını pozub. Bu səbədən yol polisi inspektoru ona cərimə protokolu yazıb.

Cərimələndiyini görən sürücü səs-küy salaraq protokolun yazılması qarşılığında avtomobilini yandıracağı ilə hədələyib.

Əraziyə post-patrul xidməti əməkdaşları gələndən sonra sürücü sakitləşdirilib və o, fikrindən vaz keçib.






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM