• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Ermənistan QHT-lərinin yeni əməkdaşlıq formatı yaranır?

Azərbaycan və Ermənistan QHT-lərinin yeni əməkdaşlıq formatı yaranır?
29.09.2015 12:24
Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti institutları Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv rol oynamalıdırlar. Bunu dailykarabakh saytına müsahibəsindəAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

A.Quliyev bildirib ki,Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təkcə dövlət və hökumət qurumları, siyasi institutların fəaliyyəti yetərli deyil: "Bu elə bir problemdir ki, burada mütləq şəkildə ictimai təpki və ictimai münasibət olmalıdır. Ancaq bu necə olmalıdır? Bu sual çox önəmlidir. Bu gün vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılmasında nə rolu ola bilər? Məntiqi sualdır. Əgər Ermənistanda olan QHT-lər doğrudan da bu problemin həllinə səmimi töhfə vermək istəyirlərsə, doğrudanda bu gün Ermənistanın işğalçı hakimiyyətinin basqısından, təzyiqindən qorxmayaraq bu problemin həllinə köməklik göstərmək istəyirlərsə, onda onlar həqiqəti deməkdən çəkinməməlidirlər. Həqiqət isə birdir: onlar Ermənistan hakimiyyətini işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa, etnik təmizləmə siyasətini dayandırmağa, məcburi köçkünlərin öz evlərinə qayıtmasına şərait yaratmağa çağırmalı və bunun davamlı sülhün və dinc yanaşı yaşamanın tək yolu yolu olduğunu uca səslə deməlidirlər. Bu həqiqətin etiraf olunması və bu yöndə konkret addımların atılması regionun, xüsusilə erməni xalqının və Ermənistanın gələcəyi üçün çox önəmlidir”.

A.Quliyevin sözlərinə görə, Ermənistanda olan QHT-lər etiraf etməlidirlər ki, bugünkü Ermənistanın, faşist rejiminin həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində ən böyük zərbə elə Ermənistan xalqının özünə dəyib: "Çünki bu gün Ermənistanın müflis, yoxsul vəziyyətinə düşməsinin, insanların ölkədən baş götürüb qaçmasının tək səbəbkarı işğalçılıq siyasətini həyata keçirən Ermənistanın hakimiyyətidir. Ona görə də əgər Ermənistan vətəndaş cəmiyyəti institutları öz hakimiyyətlərinin qanunsuz, cinayətkar və işğalçı siyasətinə haqq qazandırmaq siyasətindən əl çəkməyəcəklərsə, həqiqəti söyləməyəcəklərsə, bu gün Ermənistan QHT-ləri ilə hər hansı əməkdaşlığın heç bir mənası yoxdur”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol