• $
  • €
  • ₽
  • ₺
  • £

"Rusiya Moskva-Bakı-Ankara münasibətlərinin inkişafına çalışmalıdır"

"Rusiya Moskva-Bakı-Ankara münasibətlərinin inkişafına çalışmalıdır"
03.11.2015 17:59
"Azərbaycan-Rusiya əlaqələrinin gücləndirilməsi tendensiyası ölkədəki parlament seçkilərindən sonra da davam edəcək. Əlaqələrin möhkəmləndirilməsinin əsası Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 2013-cü ilin avqustda prezident seçkilərindən əvvəl Bakıya səfəri zamanı qoyulub. O vaxt prezident açıq-aydın, birmənalı şəkildə Azərbaycan xalqının seçimini dəstəkləmişdi".

Bu fikirləri "Report"a açıqlamasında Rusiya Federasiyası İctimai Palatasının üzvü, "Vətəndaş Dialoqu" beynəlxalq müşahidə qrupunun rəhbəri Sergey Markov deyib.

S.Markov hesan edir ki, bu prosesə siyasi dəstək vermək lazımdır: "Rusiya Moskva-Bakı-Ankara münasibətlərinin inkişafına çalışmalıdır. Bu işdə isə Azərbaycan vacib rol oynaya bilər. Fikrimcə, bu cür koalisiya çərçivəsində enerji əməkdaşlığını inkişaf etdirmək lazımdır".

Eyni zamanda, S.Markov cəmiyyətlər arasında əməkdaşlığın artırılmasının vacibliyini də qeyd edib.

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının mümkünlüyünü şərh edən Rusiya İctimai Palatasının  üzvü hazırda bunun az ehtimallı olduğunu bildirib: "Çünki Azərbaycan əsasən neft və qaz məhsulları ixrac edir. Onların isə gömrük ittifaqlarına ehtiyacı yoxdur".

S.Markovun fikrincə, qeyri-neft sektorunun inkişafı baxımından Avrasiya İqtisadi Birliyinə daxil olmaq Azərbaycan üçün sərfəli olar: "Məhz Avrasiya İqtisadi Birliyinə üzvlük bu sfeanı inkişaf etdirə bilər. Azərbaycanın daha çox gəlir gətirə biləcək kənd təsərrüfatı var. Onlara satış bazarları lazımdır. Hesab edirəm ki, Avrasiya İqtisadi Birliyinə hər bir mağazasında Azərbaycan məhsulları olmalıdır".


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol