• $
  • €
  • ₽
  • ₺
  • £

“Bürokratiyanın azaldılması xarici şirkətlərə daha fəal biznes aparmaq imkanı qazandıracaq”

“Bürokratiyanın azaldılması xarici şirkətlərə daha fəal biznes aparmaq imkanı qazandıracaq”
16.11.2015 16:07
İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez  Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlığın müxtəlif tərəflərinə, Azərbaycan və İspaniya biznes ictimaiyyəti səviyyəsində əlaqələri genişləndirmək imkanlarına toxunulub.

Xose Luis Diez qeyd edib ki, Prezident İlham Əliyevin sahibkarlıq sektorunun inkişafı üçün hökumətə verdiyi tapşırıqlar iqtisadiyyatın şəffaflığının təmin edilməsinə yönəldilib ki, bu da öz növbəsində yeni biznesin yaradılması prosesini və əlbəttə ki, xarici şirkətlərlə əməkdaşlığı asanlaşdıracaq. "Hökumət tərəfindən qəbul edilmiş qərarlar iqtisadiyyatın inkişafının təmin olunmasına yönəlib və Azərbaycanla İspaniya, eləcə də digər ölkələr arasında daha sıx iqtisadi əlaqələrin formalaşmasına kömək edəcək. Bürokratiyanın azaldılması xarici şirkətlərə daha fəal biznes aparmaq imkanı qazandıracaq”, - deyə Xose Luis Diez qeyd edib. 

O həmçinin Azərbaycan və İspaniya sahibkarları arasındakı əməkdaşlığa da toxunub. "Ötən ilin aprel ayında biz biznes-forum keçirtdik. Həmin forumda təxminən 20 şirkətimiz iştirak etdi. Onlardan bəziləri İspaniyanın nəhəng şirkətləridir. Nümunə üçün Türkiyədə NEZ layihəsində SOCAR-la əməkdaşlıq edən Tecnicas Reunidas, Azərbaycanın dəmir yollarına xüsusi maraq göstərən Talgo,  eləcə də Azərbaycandan Avropaya qaz tədarükü üçün nəzərdə tutulmuş Transadriatik boru kəmərinin 16 faizini əldə etmiş ENAGAS şirkətlərinin adlarını  qeyd edə bilərəm. Belə bir tədbiri gələn il də keçirməyi planlaşdırırıq”, - deyə diplomat bildirib.

Caspian European Club-un fəaliyyətini yüksək qiymətləndirən Xose Luis Diez belə qeyd edib: "Caspian European Club tərəfindən keçirilən konfransın təşkilat səviyyəsindən, həmçinin  aparılan müzakirələrin və iştirakçıların səviyyəsindən məmnun qaldım.  Forum və müzakirələrin təşkili üçün bu cür təşkilatçılığın həyata keçirilməsinə görə minnətdaram”. 
Görüşün sonunda Xose Luis Diez Caspian Energy-yə eksklüziv müsahibə verib. Müsahibə zamanı müvəqqəti müvəkkil ikitərəfli əlaqələrin, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarından bəhs edib, enerji bazarının inkişaf perspektivləri haqda danışıb, turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol