• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq

Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
29.05.2020 11:48
İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır.
 
Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardarandakı son hadisəyə münasibət bildirərkən deyib.

M.Qurbanlının sözlərinə görə, hüquq-mühafizə orqanları qanuna uyğun olaraq tədbirlər keçirərkən kriminallaşmış elementlər mühafizə orqanlarına qarşı qeyri-qanuni hərəkətlərə yol veriblər: "Nardaranda törədilmiş hadisələrə görə din pərdəsinə bürünmüş, din adı altında radikal hərəkətlərə yol verənlər günahkardırlar".

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: "Azərbaycanda dini etiqad azadlığı təmin olunub. Ölkəmizdə din adı altında öz mənfur niyyətlərinə, çirkin əməllərinə haqq qazandırmaq, bəraət qazandırmaq və din pərdəsi adı altında öz məqsədlərinə çatmaq istəyənlər var, lakin Azərbaycan xalqı buna razı olmayacaq, Azərbaycanda qanun pozuntularının qarşısı qətiyyətlə alınacaq. Azərbaycanda 2000-dən çox məscid var, Azərbaycanda hər kəsin dini etiqad azadlığı təmin olunub".

M.Qurbanlı əlavə edib ki, lakin bu gün bəziləri qondarma təşkilatlar yaradırlar: "Onlar dindarlar adından çıxışlar etmək istəyirlər. Sual olunur: bu adamların din adından çıxış etməyə haqları varmı? Bir yerdə toplaşaraq dövlət quruluşumuza, konstitusiya quruluşumuza, eyni zamanda milli, dini zəmində ölkəmizdə mövcud olan sabitliyə ziyan vuran çağırışlar etməyə haqları varmı? Əlbəttə yoxdur!”

Komitə sədri Azərbaycanda ictimai-siyasi, iqtisadi sabitliyinin olduğunu bildirib və qeyd edib ki, bu sabitliyi, xalqın təhlükəsizliyini hüquq-mühafizə orqanları mütəmadi qoruyur: "Belə olan şəraitdə kimlərsə hansısa məscidə gələrək burada özbaşına moizələr oxuyur. Axı qanun var. Və qanunun tələbinə görə hər hansı bir məsciddə, hər hansı bir dini məbəddə yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi şəkildə təyinat alan şəxslər hər hansı xütbələr, moizələr oxuya bilərlər. Lakin qeydiyyatı olmayan və heç bir səlahiyyəti, heç bir hüquqi ünvanı olmayan bir yerin adını dini ibadət yeri qoyaraq oraya toplaşır, milli, dini baxımdan hiddət yaradan, qarşıdurma yaradan, eləcə də milli maraqlarımıza, milli dövlətçiliik prinsiplərimizə zidd olan çağırışlar edirlər. Eyni zamanda silaha əl atırlar, silahdan istifadə edirlər. Faktiki olaraq hansısa xarici dairələrin sifarişlərini yerinə yetirirlər. Belə olan təqdirdə, bizim ictimai təhlükəsizliyimiz üçün hüquq-mühafizə orqanlarımız haqlı olaraq qanunauyğun şəkildə, əhalinin xahişi ilə orada tədbirlər keçirir”.

M.Qurbanlının sözlərinə görə, polisə müqavimət göstərməyə, zorakılıq etməyə, silah işlətməyə heç kim dəstək verə bilməz: "Cinayət əməllərinə yol verənlərə qarşı hüquq-mühafizə orqanlarının atdığı bu addımları ictimaiyyət də dəstəkləyir. Hesab edirəm ki, Nardaranda əhalinin də böyük əksəriyyəti bu cür radikal və ekstremist çağırışlar edənləri, onların hüquq-mühafizə orqanlarımıza qarşı bu cür hərəkət etmələrini heç vaxt dəstəkləməyəcək. Çünki Azərbaycanda xalq sabitliyin nə dərəcədə əhəmiyyətli olduğunu bilir. Ona görə də ictimai-siyasi sabitliyə qarşı yönələn beləhərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol