• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçirilir

Deputat: Dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçirilir
14.01.2016 15:07
Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti və xalqı bir neçə illərdir ki, dünya ölkələrini bürüyən iqtisadi, maliyyə və siyasi böhrandan maksimum dərəcədə qoruna bilib.

 Bunu Trend-ə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir: "Əlbətdə dunya iqtisadiyyatında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. 2015-ci ildə umumidünya böhranı bir qədər də dərinləşdi. Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf edib”.

R.Əliyev bildirib ki, Azərbaycan höküməti böhranın təsirlərindən dövləti və xalqı qorumaq üçün, onun təsirlərini minimuma endirmək üçün müvafiq tədbirləri həyata keçirib və keçirməkdədir:

"Azərbaycan höküməti əvvəlki illərdə olduğu kimi yaranmış çətinliklərin aradan qaldırılması üçün lazımı tədbirləri həyata keçirir və bundan sonra da dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçirəcək. Prezident İlham Əliyev yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirib və müvafiq qurumlara tapşırıqlar verib”.

R.Əliyev deyib ki, 2016-cı ildə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yerli istehsalın, o cümlədən kənd təsərufatı məhsullarının və istehlak mallarının istehsalının artırılması nəzərdə tutulub:

"Vergi məcəlləsinə edilmiş dəyişiliklər vergi tutma bazasının genişləndirilməsinə imkan verəcək. Gömrük rəsmiləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılmasına, inhisarçılığın qarşısının alınmasına şərait yaradacaq”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol