• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov: “Avropa Parlamenti soyuqluq yaradıb”

Oqtay Əsədov: “Avropa Parlamenti soyuqluq yaradıb”
12.02.2016 23:00
Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar siyasi qrupunun üzvləri ilə görüşüb.
 
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Oqtay Əsədov deyib ki, Azərbaycan Avropa İttifaqı və onun qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlıdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalıdır. O bildirib ki, Milli Məclis də öz növbəsində bu istiqamətdə müəyyən addımlar atıb: "Lakin son dövrlər Avropa Parlamenti tərəfindən ölkəmizə münasibətdə sərgilənən qərəzli və müəyyən maraqlara xidmət edən yanaşmalar münasibətlərdə soyuqluq yaradıb. Avropa Parlamentinin üzvləri tərəfindən fərdi qaydada münasibətlərimizin nizamlanması və əlaqələrin bərpası cəhdləri təqdirəlayiqdir. Bu baxımdan təşkilatın Mühafizəkarlar və İslahatçılar siyasi qrupu üzvlərinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. İnanırıq ki, bu cür səfərlər ümumi məqsədlərə xidmət edir”.
 
Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar siyasi qrupunun prezidenti Yan Zahradil həm Avropa Parlamentinin deputatı, həm də  rəhbərlik etdiyi qrupun siyasi rəhbəri qismində Azərbaycana gəldiyini söyləyib. Məqsəd Avropa Parlamenti ilə Azərbaycan, o cümlədən Milli Məclis arasındakı münasibətləri normal məcraya yönəltmək, münasibətləri bərpa etməkdir. O, deputat Qüdrət Həsənquliyevin başçılıq etdiyi Bütöv Azərbaycan Xalq Partiyasının sədri olduğu alyansla yaxşı münasibətləri olduğunu və bu qrupa tamhüquqlu üzv kimi daxil olduğunu qeyd edib. Eyni zamanda AŞPA kimi mötəbər qurumda da mühafizəkarlarla  azərbaycanlı deputatlar arasında  yaxşı əlaqələr olduğunu nəzərə çatdırıb.
 
Görüşdə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Avropa Parlamentinin vitse-prezidenti Rişar Çarnetski və digər şəxslər iştirak edib. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol