• $
  • €
  • ₽
  • ₺
  • £

"Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün tədbirlər görülüb"

"Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün tədbirlər görülüb"
17.02.2016 18:56
Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün artıq müvafiq tədbirlər görülüb.
 
Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib.

Ç.Əsgərov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində pozulan insan hüquqlarının dünya ictimaiyyətinə çatdırılması, insanlara dəyən zərərin təcavüzçü Ermənistan tərəfindən ödənilməsinin beynəlxalq təşkilatlarda qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

O, qeyd edib ki, Azərbaycan İnsan hüquqları ilə bağlı Konvensiyaya tərəfdar çıxdıqdan dərhal sonra vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməsinin imkanları təhlil edilərək zəruri tədbirlərin hədləri üməyyən edilib.

Ç.Əsgərovun sözlərinə görə, qaçqın və məcburi köçkünlərlə görüşlər keçirilib və Ermənistana qarşı yüzlərlə ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilib: "Bu ərizələr arasında Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq erməni quldurlar tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşəgəlməz hadisələrin şahidi oluruq”.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol