• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev İndoneziya parlamenti Nümayəndələr Palatasının üzvlərini qəbul etdi

İlham Əliyev İndoneziya parlamenti Nümayəndələr Palatasının üzvlərini qəbul etdi
19.02.2016 15:17
Azərbaycan Prezidenti İlham Əliyev bugün İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report”un xəbərinə görə, dövlət başçısı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirib, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə əlaqələri siyasi, iqtisadi, sərmayə qoyuluşu, mədəniyyət, turizm, təhsil, o cümlədən parlamentlərarası əməkdaşlıq və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Ölkələrimiz arasında əməkdaşlığın daha güclü formatının yaradılmasının zəruriliyini qeyd edən dövlət başçısı İndoneziya parlamenti Nümayəndələr Palatası üzvlərinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacağına ümidvar olduğunu deyib.

İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah təmsil etdiyi qurumun Azərbaycan parlamenti ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. Artıq Bakıda Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupunun yaradıldığını vurğulayan qonaq belə bir qurumun Cakartada da yaradılacağını deyib. Fahri Hamzah parlamentlərarası dostluq qruplarının fəaliyyətinin ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyini bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol