ABŞ-dan Dağlıq Qarabağla bağlı məsələyə münasibət
ABŞ Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı "qanun layihəsi"ni parlamentin gündəliyinə daxil etməsi ilə bağlı məsələyə münasibət bildirib.
"Report" xəbər verir ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner jurnalistlər üçün keçirilən brifinqdə deyib ki, Birləşmiş Ştatlar beynəlxalq birliyin digər ölkələri ilə yanaşı, "Dağlıq Qarabağ"ı tanımır.
"Dağlıq Qarabağın yekun statusu yalnız hərtərəfli nizamlanma kontekstində həllini tapacaq. Ona görə, biz tərəfləri nizamlanmaya nail olmaq üçün vicdanla danışıqlar masasına dəvət edirik", - deyə Toner bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız