• $
  • €
  • ₽
  • ₺
  • £

Lütfi Zadə Azərbaycandakı referendumdan danışdı

Lütfi Zadə Azərbaycandakı referendumdan danışdı
24.09.2016 13:25
Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı olan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Azərbaycanda keçiriləcək referenduma toxunub.

AzNews.az Azərbaycan qəzetinə istinadən xəbər verir ki, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti və Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazoya verdiyi açıqlamada alim referendumun keçiriləmsini alqışlayıb.

"Mən Azərbaycanda gedən quruculuq prosesini çox diqqətlə izləyirəm. Azərbaycan indi referenduma hazırlaşır. Yəqin ki, bu, zərurətdən yaranıb. Konstitusiya dövlət quruluşunun əsasıdır, onun qanunlarını, vətəndaşların hüquq və vəzifələrini özündə əks etdirir. Bilirəm ki, Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin çoxu ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsi, mənafelərinin daha səmərəli təmin edilməsi, idarəetmə funksiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Əminəm ki, Azərbaycan Konstitusiyasına yazılacaq təzə sətirlər ölkənin uğurlu inkişafına yeni yollar açacaq”.

Alim tarixi vətənində onun qeyri-səlis məntiqini daha da inkişaf etdirən gənc alimlərin də olduğunu diqqətə çatdırıb.

"Qeyd etdiyim kimi, Azərbaycanda çox savadlı cavan insanlar var və orada qeyri-səlis məntiqdə artıq bir neçə işlər görülmüşdür. Heydər Əliyev adına Biliklərə Əsaslanan Sistemlər və Tətbiqi Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin və Beynəlxalq Konfranslar Mərkəzinin yaradılması bu işlərə təkan olacaq. Çünki Azərbaycan intellektual işlər üçün çox gözəl coğrafi yerdədir. Azərbaycan böyük ölkə olmasa da, onun elmlə təhsillə bağlı işlər üçün potensialı var və artıq vacib bir mərkəzə çevrilməkdədir”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol