• $
  • €
  • ₽
  • ₺
  • £

Səməd Seyidovdan erməni deputatlara sərt cavab

Səməd Seyidovdan erməni deputatlara sərt cavab
13.10.2016 14:30
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında cari məsələ kimi dövlət çevrilişinə cəhd kontekstində Türkiyədəki vəziyyət ətrafında müzakirə aparılıb.
 
ANN.AZ APA-nın Avropa bürosuna istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Türkiyəni tənqid edən Ermənistan nümayəndə heyətinin üzvlərinə cavab verib. O, erməni tərəfinin davranışını qəbuledilməz və riyakarlıq adlandırıb.
 
S. Seyidov bildirib ki, Türkiyədə terrorçu təşkilat ölkədə mövcud olan demokratik üstünlüklərdən yararlanaraq hakimiyyəti devirmək niyyətində olub:
 
"Bunun mümkün olmadığını gördükdə, onlar hərbi dövlət çevrilişinə əl atdılar. Türkiyə hökuməti və parlamenti hazırda hər şeyi edir ki, ölkədə demokratiyanı bərqərar etsin. Türkiyəli həmkar və dostlarım tam doğru olaraq deyirlər ki, bu gün Türkiyə xalqı demokratiyanın tərəfdarıdır və bu da ölkədə demokratiyanın əsas təminatıdır. Türkiyə hazırda üç təhlükə ilə qarşı-qarşıyadır. Bunlardan birincisi odur ki, ölkə daxilindəki terrorçu təşkilatlar demokratik ab-havadan yararlanmağa çalışır. İkincisi, Türkiyə bu gün yalnız FETÖ-ya qarşı deyil, eyni zamanda ölkədəki demokratik azadlıqları sarsıtmağa çalışan İŞİD və digər terrorçu təşkilatlarla da kəskin mübarizə aparır. Nəhayət, sonuncu təhlükə ölkə daxilindən yox, elə oturduğumuz təşkilatdan gəlir, çünki biz burada ikili standartları müşahidə etməkdəyik. Təsəvvür edin ki, mənim ölkəmin ərazilərini işğal edən bir ölkə Türkiyədə demokratiyanın olmadığını iddia edərək onun ünvanına tənqidlər yağdırır. Bu, qəbuledilməzdir və riyakarlıqdan başqa bir şey deyil”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol