• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ problemi bu il niyə həll olunmadı?

Qarabağ problemi bu il niyə həll olunmadı?
09.12.2016 18:00
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü Toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.

Danışıqların aparılması Qarabağ münaqişəsinin həllinə ümid verirmi?

Bu sualı ANN.Az-a millət vəkili Fazili Mustafa və politoloq Qabil Hüseynli şərh ediblər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa danışıqların indiki şərtlər əsasında ümidveririci olmadığını deyib: 


"Ümid böyük dövlətlərin məsələyə daha ciddi münasibət bildirməsi zamanı ola bilər. Kiçik dövlətlərin danışıqlarda iştirak etməsi heç nəyi dəyişmir. Ona görə də, bu məsələdə optimist olmağa heç cür əsas yoxdur”. 

Millət vəkili 2016-cı ildə Qarabağ münaqişəsinin həllinə mane olan səbəb kimi ABŞ və Rusiyanın mövqeyində dəyişikliyin olmaması ilə əlaqələndirib:

"Əgər bu proses başa verərsə, Qarabağ münaqişəsinin həllində irəliləyiş gözlənilə bilər. Problemin həllindən böyük bir fəlakət yoxdur. Sadəcə olaraq, BMT-nin Təhlükəsizlik şurasının iclasında qərar qəbul edib qətnamənin icrasını tələb etməlidirlər. Ermənistan da böyük dövlətlərin əleyhinə getmiyəcək ki? Mütləq bu addımı atmalıdır. Atmazsa, sanksiyalar və müxtəlif tədbirlər görülə bilər. Amma indiki vəziyyət tamamilə fərqlidir. Ermənistana sanksiya tətbiq edilmir. Belə durumda heç bir ölkə torpaqları əlindən buraxmaz”. 

Deputat gələn il prezidentlərin görüşündən münaqişənin həlli istiqamətində heç bir nəticə gözləmədiyini qeyd edib: 

"Bu, sadəcə formal addımlardır. Yeni stiuasiya yoxdur. Əgər yeni bir stiuasiya olsaydı, nəsə gözləmək olardı. Böyük dövlətlər bu münaqişənin həllini istəməyəndən sonra bu görüşlər sanki iş aparılır deyə (MİNSK qrupu maaş alsın deyə) təşkil edilir. Bu məsələdə Azərbaycan prezidentinin qətiyyətli mövqeyi müəyyən problemlərin həllində ölkəmizin mövqeyinin irəli saxlanmasına imkan yaradır. Əks halda, torpaqların hamısını çoxdan bölüşdürmüşdülər”.

"Münaqişə həll edilərsə, regionda aparıcı rol Rusiyanın əlinə keçəcək. Çünki Rusiya məkana daha yaxındır, nəinki ABŞ. Və ən əsası bu problemin yaradıcısı Rusiyadır. Ona görə də, münaqişə həllini tapan kimi Rusiya öz maraqlarını açıq şəkildə göstərməyə başlayacaq”, - deyə deputat əlavə edib.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, danışıqlar müntəzəm və davamlı olaraq aparılarsa, müsbət nəticələr gözləmək olar: 
 

"Həmsədrlərin bəyanatları zamanı səsləndirilən bəzi fikirlər Azərbaycan maraqlarına uyğundur. Bu proses ardıcılı davam edərsə, demək, müsbət nəticə gözləniləndir”.

2016 – cı ildə Qarabağ probleminin həll edilməsinə mane olan faktorlardan söz açan politoloq, bunu Ermənistanın destruktiv mövqeyi ilə əlaqələndirib: 

"Ermənistanın danışıqlardan imtina etməsi, Rusiyanın onları himayə etməsi, danışıqlar prosesində həmsədr kimi ermənilərə təsir göstərməməsi münaqişənin həllinin qarşısnı alan əsas amillərdəndir”.  

Gələn il prezidentlərin görüşündən hansı nəticələrin əldə olunacağına münasibət bildirən ekspert prezident İlham Əliyevin nəticəsi olmayan görüşlərə getməyəcini deyib: 

"Bu fikirləri İlham Əliyev özü çıxışı zamanı bildirmişdi. O qeyd edirdi ki, belə görüşlərdə iştirak etməyin mənası yoxdur. Əgər bu görüşə razılıq verilibsə, danışıqlar prosesində bizim bilmədiyimiz pozitiv məqamlar yaranır. Münaqişə həllini taparsa, iplər bütünlüklə Rusiyanın əlinə keçəcək. Onsuz da, indi də vəziyyət belədir. Buna baxmayaraq, son iki ildə ABŞ-ın da fəallığı nəzərə çarpır. Xüsusilə, ABŞ-ın Ermənistanı işğalçı dövlət adlandırması, işğalçı dövlətin torpaqlarımızdan çıxarılması və bu haqda bəyanat yayması, zənnimcə, ABŞ-ın Cənubi Qafqaz uğrunda Rusiya ilə mübarizəyə girişməsi ilə əlaqədardır.   

Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazda ABŞ və onun müttəfiqləri üçün həm enerji mənbəyi, həm enerji dəhlizi kimi böyük geosiyasi əhəmiyyətə malikdir. ABŞ bunu qiymətləndirir və bunun nümunəsi kimi gələn ildən Azərbaycana ediləcək maliyə yardımının həcminin artırılmasını göstərmək olar. Bu fondan Ermənistanın ABŞ tərəfindən Rusiyadan asılı dövlət adlandırılması da diqqətdən yayınmamalıdır”, - deyə politoloq əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANN.Az-a bildirib ki, Hamburqda görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin:
 
"Təəssüf ki, Ermənistan tərəfinin destruktiv və görüşlərdən qaçmaq siyasəti nəticəsində, həmin görüş baş tutmadı. Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb. ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında bir daha mövcud vəziyyətin qəbuledilməz və təhlükəli olması və hər zaman gərginləşə biləcəyi öz əksini tapıb".

Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol