Netanyahu bu gün Azərbaycana gəlir

Bu gün İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayır.
APA-nın məlumatına görə, səfər birgünlükdür. Səfər zamanı baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
İsrailin baş naziri Azərbaycandan Qazaxıstana gedəcək.
Xatırladaq ki, bu, İsrail baş nazirinin Azərbaycana ilk səfəridir.
www.ann.az
Son xəbərlər 
Daha çox 























