• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə: “Türkiyə terrorla mübarizədə qalib gələcək”

Asim Mollazadə: “Türkiyə terrorla mübarizədə qalib gələcək”
20.12.2016 17:37
"Türkiyədəki terror hadisəsi zamanı səfirin öldürülməsi ilə bağlı Türkiyə xarici İşlər Nazirliyinə başsağlığı göndərmişəm”.
 
Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Asim Mollazadə deyib.
 
İşçi qrupunun üzvü bildirib ki, terrorla mübarizədə bütün dünya qüvvələri birləşməlidir.
 
"Terror insanlığa qarşı olan böyük bir cinayətdir. Bütün dünya qüvvələri terrorla mübarizədə öz səylərini birləşdirməlidirlər. Türkiyə beynəlxalq terror qüvvələri tərəfindən hədəfə götürülüb. Son vaxtlar Türkiyədə bir sıra  beynəlxalq terror təşkilatları çox ağır və faciəvi  olaylar həyata keçiriblər. Məqsəd Türkiyəni zəiflətmək və bölgədə rolunu azaltmaqdır.
 
Dünən səfirin öldürülməsi fonunda baş verən hadisə də bu silsilənin davamıdır. Əminəm ki, Türkiyənin hüquq-mühafizə orqanları sayəsində Türkiyə terrorla mübarizədə qalib gələcək. Türkiyə böyük dövlətdir. Yaxın müddətdə "son terror aktını kim törədib” və "bunun arxasında kimlər durur” suallarına cavab tapılacaq və dünyaya çatdırılacaq. Ümidvaram ki, bu terror hadisəsi ikitərəfli münasibətlərə mənfi təsir göstərməyəcək”.  

Qeyd edək ki, dünən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov polis işçisi Mövlud Mert tərəfindən qətlə yetirilib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol