• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Məmmədyarov türkiyəli həmkarının müavinini qəbul edib

Elmar Məmmədyarov türkiyəli həmkarının müavinini qəbul edib
21.12.2016 16:19
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinin müavini Ümit Yalçını qəbul edib.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, görüş zamanı bir daha iki dövlət arasında ikitərəfli əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığı vurğulandı, strateji müttəfiqliyin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə olunub.
 
Ümit Yalçın Türkiyədə son zamanlar baş verən hadisələrlə bağlı Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqeyə görə təşəkkürünü bildirib.
 
Nazir Elmar Məmmədyarov Türkiyədə baş vermiş son terror aktları ilə əlaqədar bir daha dərin hüznlə qardaş Türkiyə xalqına və hökumətinə başsağlığı verib. Görüşdə Azərbaycan və Türkiyənin terrorizmə qarşı mübarizədə birgə səylərinin artırılmasının vacibliyi qeyd olunub. Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və bir-birilərinin mövqelərini dəstəkləməsi təqdir olunub.
 
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. O, Türkiyənin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, münaqişə ilə bağlı ədalətli və qəti mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
 
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə fəaliyyətə başlamasının regional əməkdaşlığın inkişafına, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin və mal dövriyyəsinin daha da artmasına xidmət edəcəyi vurğulanıb.
 
Görüş zamanı həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
 
Kamil Əmirli

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol