• $
  • €
  • ₽
  • ₺
  • £

General: "Ermənilərin “İsgəndər” sevinci başa çatdı"

General: "Ermənilərin “İsgəndər” sevinci başa çatdı"
22.12.2016 23:25
"Ermənilərin "İsgəndər” operativ-taktiki raketlərə malik olmalarını toy-bayram etmələri sona çatdı. Silahlı Qüvvələrimizin arsenalındakı ən müasir hücum və müdafiə silahları Ali Baş Komandan tərəfindən ordu qarşısında qoyulan istənilən tapşırığın yerinə yetirilməsinə imkan verir”.
 
Bunu APA-ya açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov "İldırım” zenit-raket komplekslərinin hazırlıq vəziyyətinə gətirilərək döyüş atışlarının keçirilməsini şərh edərkən deyib.
 
Onun sözlərinə görə, ərazimizi düşmənin mümkün hava hücumundan qorumaq üçün yaradılan eşelonlaşdırılmış müdafiə və digər kompleks tədbirlər istənilən addımın qarşısını almağa imkan verir: "Deyə bilərik ki, bu gün uğurlu atışları həyata keçirən və ilk atışdan hədəfi məhv edən "İldırım” kompleksi, eləcə də Azərbaycan Ordusunun arsenalında olan bu tipli digər müasir komplekslər erməni tərəfinin "İsgəndər” sevincinə son qoydu. Bu komplekslər sutkanın istənilən vaxtında, çətin iqlim və döyüş şəraitində, müxtəlif hündürlük və uzaqlıqda olan bir neçə hava hədəfini, eləcə də bütün aerodinamik, hətta taktiki, ballistik raketləri də aşkar və məhv etməyə qadirdir.
 
İndi tam əminliklə deyə bilərik ki, hazırda Azərbaycanın hava hücumundan müdafiə sistemi tək ölkənin işğal altındakı ərazilərini deyil, eyni zamanda Ermənistanın bütün hava məkanını da nəzarət altında saxlayır. Azərbaycan öz hava məkanını istənilən hücumdan müdafiə etməyi bacaracaq. Amma Ermənistanın bunu edə bilməsi çox böyük sual doğurur və real yanaşsaq, icrası da mümkün deyil. Düşmən onu da bilməlidir ki, Azərbaycanın sərəncamında olan yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik yüzlərlə digər raketlər işğal altındakı ərazilərdə və Ermənistanda istənilən hərbi obyekti darmadağın etməyə hazırdır”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Siyasət 12:13
Əliyev İtaliya XİN rəhbərini qəbul edib
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Siyasət 11:58
Baş nazirdən əlilliyin qiymətləndirilməsi ilə bağlı - Dəyişiklik
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Siyasət 11:43
Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol