• $
  • €
  • ₽
  • ₺
  • £

MN: "Ermənilər yenidən qeyri-insani simasını nümayiş etdirir"

MN: "Ermənilər yenidən qeyri-insani simasını nümayiş etdirir"
30.12.2016 11:07
Azərbaycan Müdafiə Nazirliyi ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin cəsədinin fotolarının yayılması ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, açıqlamada bildirilib: 

"Erməni tərəfi əvvəlcə cəsədin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb.

Təxribatın qarşısını alarkən həlak olan və düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib.

Təəssüflər olsun ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq qurumların nümayəndələrini aldadaraq bu hadisədən yenidən öz çirkin əməlləri üçün istifadə etməklə Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir.

Hazırda müvafiq qurumlarla birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol