• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ məsələsinin həlli artıq zamana bağlıdır"

"Qarabağ məsələsinin həlli artıq zamana bağlıdır"
04.01.2017 10:05
2016-cı il Azərbaycan üçün çox mühüm il olub.

 Ötən il Azərbaycanın və onun dövlət başçısının yürütdüyü xarici siyasətin nəticəsində dünyanın bütün böyük ölkələri Azərbaycanın mühüm geosiyasi və geoiqtisadi məkan olduğunu təsdiq etdilər. Həm Rusiya, həm İran, həm Çin, həm Qərb, həm Şərq qəbul etdi ki, Azərbaycan həm nəqliyyat, həm də energetika sahəsində əsas qovşaq, düyün ölkədir və regionun gələcəyi üçün mühüm rol oynaya bilər. Lakin buna əngəl ola bilən böyük bir problem var, o da Dağlıq Qarabağ münaqişəsidir. Bunu artıq bütün dünyada anlayıblar.

Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov 2016-cı ilin yekunlarını Milli.Az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, hərbi baxımdan isə dünya aprel ayından sonra anladı ki, Azərbaycanın özünün də Qarabağ məsələsini həll imkanları var, bunu etmək iqtidarındadır, lakin bunu insan qırğınına yol vermədən sülh yolu ilə etmək istəyir:

"Bu da dünyada bir mesaj kimi qəbul edildi və bütün ölkələr də dolayısı ilə Azərbaycanın haqlı olduğunu təsdiqlədi. Ən azından Azərbaycanın apardığı əks hərbi əməliyyatlara etirazını bildirmədi. Hətta Ermənistanın ən yaxın müttəfiqi olan Rusiya da bu məsələdə, demək olar ki, Azərbaycanın lehinə çıxış etdi, Ermənistana açıq dəstək vermədi. Bu, Azərbaycanın 2016-cı ildəki əsas nailiyyətidir. Bu proses 2017-ci ildə də davam edəcək. Böyük dövlətlər anlayacaqlar ki, Dağlıq Qarabağ münaqişəsi hansısa yolla həll olunmalı, bu maneə aradan götürülməlidir. Yəni Qarabağ məsələsinin həlli artıq zamana bağlıdır".

Qlobal proseslərə gəlincə, E.Ələsgərov qeyd edib ki, 2016-cı il dünyada terrorun miqyasının və ona qarşı mübarizənin genişlənməsi ilə yadda qaldı: "Terror axını Suriyada və İraqda müqavimətə dirəndi. Rusiyanın Suriyanı dəstəkləməsi nəticəsində bu ölkədə yayılan terror dayandırıldı və Hələb şəhərinin azad edilməsindən sonra artıq əks proses başlandı. Bu, terrora qarşı mübarizənin real nəticəsi oldu. Lakin bununla yanaşı ötən il terror dünyada daha geniş miqyas aldı. Yəni təkcə Yaxın Şərq və Türkiyədə yox, Afrikada və Avropada da terror aktlarının sayı artdı, formaları dəyişdi. Məsələn, Fransada Nitsa şəhərində və Almaniyada Berlin şəhərində yük maşını insanların üzərinə sürülərək böyük terror aktları törədildi. Terrorizm öz mahiyyəti ilə yanaşı sistemini də dəyişir. Eyni zamanda, terrorizm ona qarşı aparılan müharibədə yeni üsullara əl atır".//Milli.az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol