• $
  • €
  • ₽
  • ₺
  • £

İƏT-in baş katibi Azərbaycana səfər edəcək

İƏT-in baş katibi Azərbaycana səfər edəcək
18.01.2017 20:27
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın paytaxtı Kuala-Lumpurda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif Əl Osaymin ilə görüşüb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yusif Əl Osaymin Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.

Elmar Məmmədyarov 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı haqqında həmsöhbətə məlumat verib. İƏT baş katibi Azərbaycan Respublikası Prezidentinin bu sərəncamının yüksək qiymətləndirildiyini və təqdir edildiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın İƏT çərçivəsində həmrəyliyin güclənməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edərək ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəylik Oyunlarının bu məqsədin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. İƏT baş katibini Azərbaycana səfərə dəvət edən nazir təşkilata üzv dövlətlərin idmançılarının qarşıdan gələn İslam Oyunlarında fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib. İƏT-in baş katibi dəvəti məmnuniyyətlə qəbul edib.

Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılmasının və onun ilk təsisat iclasının keçirilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı ölkəmizin haqlı və ədalətli mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq birmənalı şəkildə dəstəklənməsinə və bu xüsusda qəbul edilmiş qətnamə və bəyanatlara görə İƏT-in baş katibi və üzv dövlətlərə öz təşəkkürünü bildirib.

Görüşdə İƏT-in gündəliyində duran mövzular, Rohinqa müsəlmanlarının vəziyyəti, terrorizmə və İsmafobiya meyllərinə qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol