• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə təyinatlı məhsulların istehsalı artıb

Müdafiə təyinatlı məhsulların istehsalı artıb
24.01.2017 16:26
2016-cı ildə Müdafiə Sənayesi Nazirliyin (MSN) müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib.
 
MSN-də 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiyada bildirilib ki, 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub.
 
Qeyd olunub ki, hesabat ilində sifarişçilərə təhvil verilmiş məmulatlardan - pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, "Matador” və "Marauder” tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını və s. göstərmək olar.
 
2016-cı ilin Yaradılma Proqramına əsasən nazirliyin müəssisələri tərəfindən daxili imkanlar hesabına 4 məmulat, 53 mərhələ üzrə təcrübi-konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. 2016-cı ildə aparılan məqsədyönlü işlər nəticəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq proqramlar əsasında bir sıra yeni növ müdafiə və mülki təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər həyata keçirilib. Hesabat dövründə nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib. //APA

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol