• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ATƏT-ə etirazını bildirdi

Azərbaycan ATƏT-ə etirazını bildirdi
28.01.2017 09:22
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi qanuni əsaslı narahatlıqlardan çıxış edərək, qurumun İrəvandakı ofisinin son illər ərzində həyata keçirdiyi minalardan təmizləmə ilə bağlı fəaliyyətinə öz etirazını bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ATƏT-dəki tərəf müqabillərinin əksəriyyəti məsləhətləşmələr zamanı ATƏT-in İrəvandakı ofisinin minalardan təmizləmə ilə bağlı fəaliyyətini mandatın açıq-aşkar pozulması kimi qiymətləndiriblər.

"İrəvan ofisi Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişə ilə bağlı münaqişənin nizamlanması prosesi də daxil olmaqla, hər hansı bir fəaliyyətə cəlb oluna bilməz, bu ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə müdaxilə deməkdir. Buna görə, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT-in İrəvan ofisini öz mandatı çərçivəsində fəaliyyət göstərməyə məcbur etmək üçün müvafiq tədbirlər görülməsini xahiş edib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Azərbaycan tərəfinin məsələ ilə bağlı haqlı narahatlığına cavab olaraq, Ermənistan özünün həmişəki girov götürmə ənənəsinə sadiq qalaraq, 31 dekabr 2016-cı il tarixində heç bir dəlil göstərmədən ATƏT-in Özbəkistan və Bişkekdəki Mərkəzlərinin Layihə Əlaqələndiriciləri, Rusiya-Ukrayna sərhədində yerləşən iki Rusiya sərhəd yoxlama məntəqəsindəki ATƏT müşahidəçilərinin müvafiq mandatlarının uzadılmasını, həmçinin ATƏT-in 2016-cı il üçün Vahid Büdcəsinə düzəlişlərə dair qərarını blok edib. Ermənistan tərəfinin bu kimi şantaj hərəkətləri ATƏT-in bu mühüm missiyalarının funksiyalarını qeyri-işlək və öz nazından asılı vəziyyətə salıb, onların demək olar ki bağlanmasına səbəb olub. Yalnız bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT rəhbərliyi və baş katib ilə təcili məsləhətləşmələr üçün Vyanaya çağırıldıqdan sonra, Ermənistan tərəfi müvafiq qərarlar üzrə öz əsassız qadağasını geri götürməyə məcbur edilib.

"Ermənistan ATƏT-in İrəvan ofisinin ev sahibi statusundan sui-istifadə etmək üçün özünün şantaj siyasətini ATƏT-ə tətbiq etməkdə davam edir. Nəticədə, ATƏT-in İrəvan ofisi tərəfindən mandatın pozulması cavabsız qalır və onun əməliyyat fəaliyyəti dayandırılmış vəziyyətdədir.

Məsələ ilə bağlı Azərbaycanın mövqeyi konstruktiv və prinsipial olaraq qalır. ATƏT-in İrəvan ofisinin fəaliyyətinin şəffaf olması, ATƏT qarşısında məsuliyyət daşıması və mandat çərçivəsində həyata keçirilməsi təmin olunmalıdır. Daimi nümayəndəlik ümid edir ki, ATƏT öz prinsipləri, ortaq dəyərləri və öhdəliklərini güdaza verməyərək həmrəylik və birlik formasında Ermənistan tərəfindən yaradılan bu növbəti problemin də öhdəsindən gələcək”, - deyə məlumatda vurğulanır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol