Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 53-cü Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 16-da Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Münxenin beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rəsmi şəxslər qarşıladılar.