• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp ABŞ-ın nüvə arsenalını genişləndirir

Tramp ABŞ-ın nüvə arsenalını genişləndirir
24.02.2017 08:11
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun lider mövqeyini nümayiş etdirmək üçün ölkənin nüvə arsenalını genişləndirmək niyyətində olduğunu bəyan edib.   
 
APA-nın xəbərinə görə, Tramp bunu "Reuters”  agentliyinə müsahibəsində bildirib.
 
Onun fikrincə, ABŞ hazırkı nüvə potensialı ilə xeyli geridə qalıb. Tramp ölkəsinin konkret hansı ölkədən geri qaldığını dəqiqləşdirməyib.
 
"ABŞ-ın nüvə sahəsində heç kimdən geri qalmaq fikri yoxdur, biz də, başqaları kimi,  potensialımızı genişləndirəcəyik”. Bunu isə, Trampın nüvə arsenalının genişləndirilməsi bəyanatına şərh verən Ağ Evin mətbuat katibi Şon Spayser deyib.  
 
"Tramp açıq şəkildə bəyan etdi ki, ABŞ bu sahədə üstünlüyü heç kimə verməyəcək. Əgər digər ölkələr nüvə potensialına malikdirlərsə, bu sahədə üstünlük ABŞ-da olacaq”, - deyə Spayser qeyd edib.  
 
Mətbuat katibinin sözlərinə görə, "Vaşinqton əslində buna heç də can atmır”. O qeyd edib ki, "Reuters”ə müsahibə zamanı Trampa verilən sual başqa ölkələrin nüvə arsenalının genişləndirilməsi ilə bağlı olub: "Bizim məqsədimiz – Amerikanın bu sahə üzrə bütün dünyada üstünlük saxlamasına əmin olmaqdır. Əgər digər ölkələr nüvə potensialını artırırsa, biz buna sakitcə kənardan baxmaq niyyətində deyilik və buna yol verməyəcəyik”  , - deyə Spayser qeyd edib.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol