• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda müharibə başlasa, Putin Naxçıvanla sərhəddəki orduya hansı əmri verəcək?

Qarabağda müharibə başlasa, Putin Naxçıvanla sərhəddəki orduya hansı əmri verəcək?
10.05.2017 14:47
Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general-mayor Andranik Makaryan iddia edib ki, birgə qoşun birləşmələri Qarabağda müharibə olacağı halda dərhal müdaxilə edəcək.

Anews.az publika.az istinadən xəbər verir ki, erməni general birgə qoşun növünün Ermənistan prezidentinin əmri ilə hərəkətə keçəcəyini də iddia edib.

Erməni general qeyd edir ki, Rusiya prezidenti birgə qoşun növünün Qarabağa müdaxilə etməsinin əleyhinə əmr verə bilməz.

Qeyd edək ki, birgə qoşun növü 2016-cı ilin 30 noyabrında yaradılıb. Müqaviləyə əsasən bu qoşunlar Rusiya və Ermənistan prezidentlərinin birgə əmrilə hərəkət edir. Birgə qoşuna daxil olan 4-cü ordu korpusu Türkiyə və Naxçıvan sərhədində yerləşir. Rusiya tərəfi deyir ki, Vladimir Putinin əmri olmadan birgə qoşun hərəkətə keçə bilməz, həmçinin, Kremldə inandırırlar ki, bu qoşunlar Qarabağ müharibəsində müdaxilə edə bilməz. Lakin erməni generalın sözləri şübhələrə yol açır. Makaryanın sözlərinə Rusiya rəsmi cavab verməyib.

Rusiyalı hərbi ekspert Aleksandr Xramçik erməni generalın dediklərinin doğru olmadığını bildirib.

Xramçik əlavə edib ki, Makaryanın "birgə qoşun Ermənistan prezidentinin əmri ilə hərəkət edəcək” sözləri yanlışdır.

"Qərar Moskva və İrəvanda birlikdə qəbul ediləcək. Çünki birgə qoşuna 102-ci hərbi baza da daxildir. Bu bazanın komandiri Rusiya Ali Baş Komandanının əmrinə uyğun hərəkət edir. Bu baxımdan, onun Ermənistanın ali baş komandanının əmrinə uyğun hərəkət etməyəcəyi dəqiqdir. Bu qoşun növünün Qarabağda müharibəyə müdaxilə etməsi də çətindir. Əgər müharibə Ermənistan ərazisinə keçərsə, bu zaman nəyisə ehtimal etmək olar. Lakin döyüşlər Qarabağda getdiyi müddətdə bu qoşun növü heç bir müdaxilə etməyəcək və Rusiya qarışmayacaq”, - deyə o bildirib.

Hərbi ekspert qeyd edib ki, birgə qoşunların Qarabağda müharibəyə müdaxiləsi üçün Putinin əmr verəcəyi inandırıcı deyil.

Onun fikrincə, Ermənistan prezidenti də bu qoşun növünün müharibəyə qarışması haqda əmr verə bilməz.

"Çünki qərarlar birgə qəbul ediləcək”, - deyə Xramçik vurğulayıb.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol