• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan beynəlxalq aləmdən əlini üzdü

Ermənistan beynəlxalq aləmdən əlini üzdü
08.07.2017 11:56
Təmas xəttində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən qarşıdurma zamanı 3 erməni əsgəri ağır yaralanıb.

GoldNews.Az xəbər verir ki, bu barədə Qondarma Dağlıq Qarabağ Respublikasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbəsi nəticəsində Robert Novruzoviç Qasparyan (1969), Ambarçum Karapetoviç Aurtunyan (1997) və Vaqe Qaqikoviç Badalyan (1998) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ermənistanın 1in.am saytında qeyd edilib ki,  Azərbaycan dünyada Qarabağ münaqişəsində status-kvonu dəyişmək üçün əlverişli atmosferin olduğunu  hesab edir. Bundan əlavə, Rusiyaya məxsus silahların Azərbaycana verilməsi, yeni müharibənin başlayacağının xəbərini verir. Bakı planlı və tam miqyaslı şəkildə müharibəyə hazırlaşır. Bu da açıq- aydın onu göstəriri ki, Qərb və Rusiyanın bizi hər hansı bir beynəlxalq mövqedə dəstəkləməsi məhdudur. Buna görə də ötən gün keçirilən Tramp və Putin görüşündən şəxsi mənafe güdməməliyik.

Digər tərəfdən, erməni diplomatiyası özünə inanmalıdır, bəlkə də Nalbandyan höküməti beynəlxalq mövqeyə əhəmiyyətli təsir göstərə bilər.

Əlbəttə ki, bu genişmiqyaslı müharibənin qarşısını almaq üçün bütün diplomatik sahələrdən istifadə etmək lazımdır. Bu mümkün olsa da, yəni diplomatik sahələrdə bizə kömək olsa da, müharibə  perspektivinin qarşısını almaq mümkün deyil.

Lakin  biz ümid edirik ki, beynəlxalq yardım bizim təhlükəsizliyimizin əsas təminatçısıdır. Buna baxmayaraq, Ermənistan və Qondarma DQR-in suverenliyi və təhlükəsizliyini yalnız möhkəm dövlət quruluşu və ordu təmin edə bilər.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol