• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin müharibə planı AÇIQLANDI

Putinin müharibə planı AÇIQLANDI
08.07.2017 13:55
Rusiya "Qərb-2017” hərbi təlimlərində iştirak edəcək qoşunların bir hissəsini Belarus ərazisində saxlaya bilər.

Publika.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının başçısı Viktor Mujenko "İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.

"Tamamilə ehtimal ediləndir ki, bu qoşunların bir hissəsi təlimlərin sonunda Belarus ərazisində qalacaq. Bu halda yüksək ehtimal mövcuddur ki, təlimlər zamanı silah, hərbi texnika və maddi-texniki vasitələrinin gizli saxlanıldığı məntəqələri açılacaq”, - Mujenko qeyd edib.

Baş qərargahın başçısının sözlərinə görə, belə hərəkətlər Rusiyaya qərbi və cənubi-qərb istiqamətlərində zərbə qruplaşmalarının yaradılması üçün müddəti əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Mujenko Ukraynanın təhlükəsizliyi üçün birbaşa təhlükəninin yaranacağını vurğulayıb.

"Təlimlərdə iştirak edəcək Rusiya qoşunlarının sayı artıq 5 minə qədər artırılıb. Genişmiqyaslı Rusiya-Belarus təlimlərinin keçirilməsi, Ukrayna, həmçinin Polşa və Baltikyanı ölkələrin sərhədlərində Rusiyanın döyüş potensialının gücləndirilməsinə xidmət edən addım kimi qiymətləndirilə bilər”, - Mujenko yekunlaşdırıb.

Analitiklərə görə, avqust-sentyabr aylarında Belarusda keçiriləcək "Qərb-2017” təlimlərində Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirməkdir. Hansı ki, indi Belarus bunda o qədər də maraqlı deyil. Minsk Qərblə münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə xeyli irəliləyişlərə nail olub. Məhz bu səbəbdəndir ki, son vaxtlar Moskva və Minsk arasında münasibətlərdə soyuqluq yaranıb.

Ötən ilk noyabrında Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, Rusiya gələn il Belarusa əvvəlki illərdən 80 dəfə çox hərbi texnika və hərbçi göndərəcək. Belarusa göndəriləcək hərbi texnika və hərbçilər üçün 4 min vaqondan istifadə ediləcək.

Ekspertlərin fikrincə, genişmiqyaslı təlimlər ya Belarusda hərbi nəzarətin təmin edilməsi, ya da ki Ukrayna, Baltikyanı ölkələr və Polşaya hücum üçün nəzərdə tutulur.

Vaşinqtonda yerləşən Atlantik Şurasının xarici siyasət məsələləri üzrə eksperti Stiven Blank mart ayında "Atlantic Council” üçün yazdığı məqaləsində qeyd edib ki, "Qərb 2017” təlimləri və Rusiyanın digər hərbi planları Ukrayna, Belarus və hətta Qafqaza yeni müdaxilə barədə qorxuları artırır.

Mayı ayında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov xəbərdarlıq edib ki, Rusiya "Qərb-2017” genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır.

Bu, "Qərb-2017” təlimləri ilə bağlı ilk analoji bəyanat deyil. Daha əvvəl Litva prezidenti Dalya Qribauskayte deyib ki, Rusiya və Belarusun "Qərb-2017” birgə hərbi təlimləri Moskva və Minskin Qərblə müharibəyə hazırlaşdığını göstərir.

"Biz müxtəlif təhlükələrin olduğunu və onların artdığını görürük. Həmçinin, "Qərb-2017” təlimlərini narahatlıqla gözləyirik. Təlimlər çərçivəsində Qərblə müharibəyə əyani hazırlıq gedir”, - deyə Qribauskayte bildirib.

Ukraynanın ehtiyatda olan generalı Dmitri Umanes cari ilin martında "Obozrevatel” nəşrinə açıqlamasında deyib ki, "Qərb-2017” Rusiya-Belarus təlimləri Kremlin öz planlarından imtina etmədiyini göstərir.

Bir çox müharibə və silahlı konfliktin məhz təlimlərin süjeti əsasında başlandığını deyən general Belarus ərazisinin Rusiya ordusunun mümkün hücum hərəkətləri üçün rahat olduğunu xatırladıb. O, xüsusilə Çerniqov və Kiyev istiqamətinin təhlükəli olduğunu qeyd edib.

Daha əvvəl Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bildirib ki, "Qərb-2017” təlimləri Belarus ərazisindən Ukraynaya birbaşa təcavüzə çevrilə bilər.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol