• $
  • €
  • ₽
  • ₺
  • £

İran Qarabağa hücum etmək istəyir

İran Qarabağa hücum etmək istəyir
11.07.2017 11:38
Rusiya və Ermənistan təhlükəsizlik xidmətləri bir araya gəlib

"İran Qarabağa hücum etmək istəyir”. Erməni  KİV-lərinin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İrandan sərhəd pozucularının Dağlıq Qarabağa sərhəd müdaxiləsi cəhdlərinin qarşısının alınması üzrə birgə təlimləri barədə məlumatlarını yalnız belə adlandırmaq olar.

Bu məlumdur ki, artıq uzun illərdir Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyur. Maraqlısı da budur ki, bütün dünya ölkələri, o cümlədən Ermənistan da daxil olmaqla Kreml heç cür uydurma Dağlıq Qarabağ Respublikasını tanımaq istəmir.

Həm də bəllidir ki, Azərbaycanın bu regionu nə İranla, nə Rusiya ilə, nə də Ermənistanla heç bir sərhəddə malik deyil. Bu təlimlərin bütün ssenarisini İrəvanda düşünüblər. Orada hansısa yolla çalışırlar ki, Qarabağın adı Rusiya və Ermənistanla birlikdə çəkilsin.

Dünyanın hansısa ölkəsində hansısa evin və ya küçənin sakinləri Dağlıq Qarabağın müstəqilliyini tanıyanda Ermənistan paytaxtında çox sevinirlər. Dərhal hökumətə yaxın ekspertlər, politoloqlar şişirdirlər ki, ikinci erməni dövlətinin tanınması ilə bağlı hansısa mikroaddım atılıb. Son zamanlarda erməni rəhbərliyi belə xəbərlə özünü sevindirə bilmir. Buna görə də İrəvan rejimi təlim adlandırdığı bu oyunu düşünüb ki, Qarabağın adı ilə Ermənistanı və Rusiyanı bir araya gətirsinlər.

Görəsən, İranda bilirlərmi ki, onlar Qarabağa güclü hücum hazırlayırlar? 

Mais Məmmədov, əməkdar jurnalist   




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 10:08
Prezident deputatla bağlı sərəncam imzalayıb
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol