• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda böyük müharibə

Qarabağda böyük müharibə
11.07.2017 15:51
"Ermənistan və Azərbaycan arasında 25 ildir davam edən müharibə mülki əhalinin hədəf alınması ilə davam edir. Bu cəbhə döyüşü yaxında hər bir tərəfə sıçrayacaq böyük müharibəyə çevrilə bilər”.

Bu barədə Publika.az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay iyulun 4-də erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndinə hücum edərək, mülki azərbaycanlıları qətlə yetirməsini və Qarabağ münaqişəsində artan gərginliyi şərh edərkən deyib.

H.Oktay hesab edir ki, gərginlik davam edən görüşlərə kölgə salacaq və sülhün hakim olmasını əngəlləyəcək: "Ermənistan mülki azərbaycanlılara hücum etməklə sülhü pozmaq və bölgədə hakimiyyətini davam etdirmək istəyir. Hesab edirəm ki, Ermənistan mülki əhalini vurmaqla heç bir şey əldə etməyəcəyini və səhv etdiyini yaxın zamanda anlayacaq”.

Türkiyəli politoloq qeyd edib ki, Alxanlı hücumu ilə Ermənistan nazirlərin iyulun 11-də keçirilən görüşünə əli zəifləmiş vəziyyətdə gedəcək: "Həmçinin, Ermənistan bu hücumla dünyada dinc əhalini öldürən dövlət olaraq tanındı”.

H.Oktayın fikrincə, Azərbaycan yaranmış situasiyadan istifadə etməlidir.

"Azərbaycan dinc əhalinin qətlə yetirilməsilə bağlı son hadisələrdə beynəlxalq ictimaiyyətdə psixoloji təbliğat üstünlüyünü əldə etdi. Bu üstünlüyü diplomatiya ilə gücləndirərək, dünyanın diqqətini Qarabağın işğal altında olmasına çəkə bilər”, - deyə türkiyəli politoloq vurğulayıb.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol